Xəbər lenti

Əsrin döyüşü baş tutdu - FOTOLAR
İdman06:13 03.05.2015

Əsrin döyüşü baş tutdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bütün dünyanın maraqla gözlədiyi və "Əsrin boks matçı" adlandırıldığı döyüş baş tutub. Fanat.az хəbər verir ki, bu gecə ABŞ-ın Nevada ştatının Las Veqas şəhərindəki "MGM Grand Garden Arena"da baş tutan döyüşdə Menni Pakyao və Floyd Meyuezer münasibətlərini aydınlaşdırıb.
12 raundluq döyüşü Floyd Meyuezer qazanıb. Hər üç hakim amerikalı boksçunun leyhinə qərar verib. Bununla da o, WBC, WBO və WBA kəmərlərinin hamısına birdən sahib olub. 
Ümumilikdə 400 milyon gəlir gətirən matçın 280 milyon dollarlıq mükafat fondunun 60 faizi Floyd Meyuezerin (168 milyon dollar), 40 faizi isə Menni Pakyaonun (112 milyon) payına düşüb. Meyuezerin qazandığı WBC çempionluq kəmərinin dəyəri 1 milyon dollardı. 800 qram qızıldan olan kəmərin üstündə 3017 zümrüd var və 165 ölkənin bayrağı həkk olunub.
Məğlubiyyətsiz ünvanını davam etdirən 38 yaşlı Floyd Meyuezer 48-ci döyüşündə 48-ci qələbəsini qazanıb. 36 yaşlı filippinli Menni Pakyao isə 65 matçlıq peşəkar boksçu karyerasında 6-cı məğlubiyyətini alıb. 
Qeyd edək ki, "Əsrin döyüşü"nün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.
Qaynar.info