Xəbər lenti

“Əsrin zərbəsi”ni vurdu: “Heç vaxt belə bir şey etməmişəm” (VİDEO)
İdman06:32 05.04.2024

“Əsrin zərbəsi”ni vurdu: “Heç vaxt belə bir şey etməmişəm” (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Karl Morris, demək olar, mümkün olmayan bir hərəkəti "sehrli effekt” vasitəəsilə uğurla yerinə yetirdi.
Qaynarinfo-nun məlumatına görə, "Houdini” ləqəbli keçmiş bilyard üzrə dünya çempionun hərəkəti "əsrin zərbəsi" kimi qiymətləndirilib. 47 yaşlı "Houdini”, ağ şarı digər üç sarı topun ətrafından əyərək, sonuncu "qırmızı”nı tora salmaqla, qeyri-mümkün bir zərbəni uğurla yerinə yetirib. 
Morris sonradan bu zərbə ilə bağlı açıqlamasında, "Mən bilyardda edə bacardığım hər şeyi etmişəm. Oynadığım 30 il ərzində bəzi möhtəşəm vuruşlar həyata keçirmişəm, lakin heç vaxt belə bir şey etdiyimi düşünmürəm!" - deyib. 
Oun tarixi vuruşunun 10.000-də və ya 100.000-də bir halda uğurla bitə biləcəyi düşünülür. 10 illik fasilədən sonra yarışlara qayıdan Morris üç yaşında meningit səbəbiylə eşitmə qabiliyyətini itirib. O, "Düşünürəm ki, bilyard mənim üçün xilas yolu oldu, çünki ünsiyyətə ehtiyac duymadığım bir idman idi” - deyərək, özünü məhz bu idman növündə tapdığına işarə verib.
Səbuhi Həsənov