Xəbər lenti

Estoniya ABŞ-dan ATACMS raketləri alacaq
Dünya 15:26 01.10.2023

Estoniya ABŞ-dan ATACMS raketləri alacaq

Estoniya ABŞ-a HIMARS reaktiv yaylım atəşi sistemləri ilə birlikdə ATACMS uzun mənzilli yer-yer raketləri almaq üçün sorğu göndərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ERR portalı dövlət Estoniya Müdafiə İnvestisiya Mərkəzinin direktoru Maqnus Saarın bəyanatına istinadən xəbər verir.

"Sifarişimizə həmçinin 300 km-ə qədər atəş məsafəsinə malik ən son M-57 sursatları da daxildir”, deyə Maqnus Saar bildirib.

Portal yazır ki, Estoniya və ABŞ 2022-ci ilin dekabrında HIMARS raket sistemi (MLRS) üçün buraxılış qurğuları, raketlər və digər avadanlıqların tədarükü üçün müqavilə imzalayıb. Razılaşmaya həmçinin ATACMS taktiki raketləri də daxildir. Silahlar 2025-ci ildə təhvil verilməlidir.

Bu ilin əvvəlində Amerikanın HIMARS bölməsi Estoniyaya göndərilib və estoniyalı artilleriyaçılar yaz təlimləri zamanı bu sistemlərdən istifadə etməklə ilk təcrübələrini əldə ediblər. 

Estoniya ilə yanaşı, Ukrayna da ABŞ-a ATACMS raketlərinin tədarükü ilə bağlı sorğu göndərib. ATACMS-in buraxıldığı HIMARS MLRS artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdədir. Sentyabrın 9-da ABC telekanalı ATACMS raketlərinin Amerikanın Ukraynaya hərbi yardımının yeni paketinə daxil edilə biləcəyini bildirib, lakin sonradan Ağ Ev onların çatdırılmasını qeyri-müəyyən müddətə təxirə salmağa qərar verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->