Xəbər lenti

Etibar Məmmədovun oğlu deputatlığa namizəd olacaq? (AÇIQLAMA)
Siyasət 13:07 12.07.2024

Etibar Məmmədovun oğlu deputatlığa namizəd olacaq? (AÇIQLAMA)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra seçki dairələri üzrə deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Sözügedən siyahıda namizədliyi irəli sürülən şəxslərin arasında partiyanın sədri Arzuxan Əlizadə və AMİP lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovun adı yoxdur.
 
Bəs, partiyanın rəhbər şəxsləri parlament seçkilərində iştirak etməyəcək?
 
Partiyanın beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, AMİP sədri Arzuxan Əlizadə və digər namizədlərin adları partiyanın növbəti iclasın protokolu ilə irəli suruləcək:

"Gələn həftəyə kimi yekun siyahı elan olunacaq. Mənim namizəd olduğum dairə də dəqiq deyil. Gələn həftəyə kimi dəqiqləşəcək və yekun siyahı  ictimaiyyətə elan olunacaq. Gənclər təşkilatının sədri Ayxan Məmmədova gəlincə, o növbədənkənar parlament seçkilərində iştirak etmir".

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bir sıra seçki dairələri üzrə deputatlığa namizədlərinin siyahısını açıqlayıb:

4 saylı Naxçıvan şəhər SD - Rəşad Bayramov
9 saylı Binəqədi 2-ci SD - Əli Orucov
15 saylı Yasamal 1-ci SD - Eldar Həsənov
16 saylı Yasamal 2-ci SD - Elşən Mustafayev
18 saylı Nərimanov-Nizami-Binəqədi SD - Afsəddin Nəbiyev
25 saylı Nizami SD - Məmmədəli Səfərov
39 saylı Gəncə SD - Eldar Abbasov
57 saylı Xaçmaz şəhər SD - Məhəmməd Qurbanov
58 saylı Xaçmaz-Xudat SD - Çingiz Şahbazi
82 saylı İmişli SD - Tapdıq Həsənov
111 saylı Zaqatala-Balakən SD - Bəhman Xanəlizadə

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->