Xəbər lenti

Euro-2016-nın (U-17) daha bir yarımfinalçısı müəyyənləşib
İdman18:21 14.05.2016

Euro-2016-nın (U-17) daha bir yarımfinalçısı müəyyənləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının ikinci yarımfinalçısı müəyyənləşib.
“Report”un məlumatına görə, Portuqaliya millisinin ardınca Almaniya yığması da 1/4 finalın qalibi olub.
Bundestim Belçikanı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolun müəllifi həmyerlimiz Renat Dadaşov olub.
Hücumçunun 46-cı dəqiqədə vurduğu qol almanlara qələbə qazandırıb. Bundestimin yarımfinalda rəqibi İspaniya - İngiltərə cütünün qalibi olacaq.
Xatırladaq ki, Belçika Azərbaycan millisinin yer aldığı “A” qrupunda 2-ci yerin sahibi kimi 1/4 finala yüksəlib, Almaniya isə “B” qrupunun qalibi olub.