Xəbər lenti

“Euro Style LTD” MMC müştərilərinin şikayətini araşdırdı, barışıq əldə olundu
Ekonomiks07:22 27.08.2020

“Euro Style LTD” MMC müştərilərinin şikayətini araşdırdı, barışıq əldə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl "Volkswagen Bakı”nın alıcılarına qüsurlu maşın satdığına görə, ciddi narazılıqla üzləşdiyi barədə xəbər vermişdik. Şikayətçilər Samir Zeynalov və Leyla Məmmədova lent.az-a müraciət edərək "Volkswagen Bakı” mərkəzini onları aldatdığına görə məhkəməyə verdiklərini bildirmişdilər. 
Söhbət 2011-ci ilin "Passat” markalı avtomobillərindən gedir. Vətəndaşlar avtomobillərinin lazımi keyfiyyətdə olmadığını vurğulayaraq, buna görə də külli miqdarda zərər gördüklərini deyiblər. Onların sözlərinə görə, avtomobillər 80 min kilometr sürülüb. 
Qaynarinfo-nun məlumatına görə, "Euro Style LTD” MMC ("Volkswagen"in Azərbaycandakı rəsmi dilleri) öz müştərilərinin şikayətinə həssaslıqla yanaşaraq, təmir stansiyasında texniki yoxlama aparıb və müəyyən edilib ki, qüsurlar nəliyyat vasitəsinin düzgün istismar olunmaması nəticəsində yaranıb. Yəni satıcının bununla bağlı heç bir təqsiri olmayıb. Qeyd olunan hallar sübut oluduqdan sonra tərəflər arasında barışıq əldə olunub.