Mingəçevirdə sakini karantin rejimindən daha səmərəli istifadə edir. O, evdə qalaraq 3D formatında cizgi filmi hazırlayır. Cizgi filminin səsləndirməsini isə aktyorları nəzərə alaraq karantindən sonra həyata keçirəcək.
Evdə qalaraq serial formada cizgi filmi hazırlayır.
Mingəçevir sakini 32 yaşlı Elvin Mütaliboğlu indiyədək bir neçə internet oyunu və 3d cizgi filmi hazırlayıb. Onun müəllifi və rejissoru olduğu "Yeni il nağılı", "Dörd fəsil", eləcə də 15 seriyalı "Banu və dostları" cizgi filmləri sosial şəbəkələrdə xeyli baxış toplayıb. Karantin rejimindən istifadə edərək isə 3D formatında yeni çoxseriyalı cizgi filmi hazırlamağa başlayıb. Cizgi filmi meşə heyvanlarının dostluğundan bəhs edir.
Elvin Mütaliboğlu cizgi filmlərini daha geniş auditoriyaya çatdırmaqarzusundadır.
Gənc rejissor hazırda üzərində işlədiyi cizgi filminin səsləndirməsini karantindən sonra həyata keçirəcək. Çünki, bunun üçün 10-dan artıq aktyorun səsindən istifadə ediləcək.
<iframe width="604" height="305" src="https://www.youtube.com/embed/IE414CJVaII" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">