Xəbər lenti

"Evə gedirəm" portalı fəaliyyətə başladı (YENİLƏNİB)
Ölkə07:39 18.04.2020

"Evə gedirəm" portalı fəaliyyətə başladı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün evegedirem.info portalı fəaliyyətə başlayıb.
Qaynarinfo xəbər verir ki, artıq saat 11-də qeydiyyat üçün müraciətlərin qəbuluna start verilib.
Hazırda saytda Rusiyadan 461 Azərbaycan vətəndaşının təxliyyə üçün müraciət etdiyi görünür.
Qeydiyyat beş gün davam edəcək, sonra müvəqqəti olaraq saxlanılacaq. Bu vaxt ərzində qeydiyyatdan keçənlərin təhlili aparılacaq, onların təxliyyə planı hazırlanacaq.
Bundan sonra qeydiyyat təkrar açılacaq.
09.00
Xarici ölkələrdən Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan "Evə gedirəm" portalı bu gündən öz işinə başlayacaq.
Qaynarinfo xəbər verir ki, www.evegedirem.info portalı aprelin 18-i saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq.
İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.