
AzNews.az-a daxil olan məlumata görə, Apellyasiya Məhkəməsində "Xural” qəzetinə qarşı 50 min manatlıq iddia ilə çıxış edən – "Baltika-Bakı" MMC işinə yenidən baxan Toğrul Əliyev, işində buraxdığı ciddi nöqsanlara görə, şirkətin Sank-Peterburqda yerləşən baş ofisinə geri çağrılan Adam Tlexurayın iddiasını onun iştirakı olmadan qismən təmin etdi:
"Adam Tlexurayın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 yannvar 2012-ci il qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatları yaydığına görə, cavabdeh "Xural" qəzetinin redaksiyasının üzərinə iddiaçı haqqında həmin qəzetdə dərc edilərək, üzr istəmək vəzifəsi qoyulsun. 31 iyul 2011-ci il tarixili müəllifin ""Xırdalan" Pivə zavodunda nələr baş verir?" adlı, 21-27 avqust 2011-ci il tarixli ""Xırdalan" pivənin əfsanəsi qıcqırdı" başlıqlı yazılara təkzib verilməsi cavabdeh "Xural" qəzetinin üzərinə qoyulsun və təkzib başlığı altında dərc olunsun. Cavabdeh "Xural" qəzetindən iddiaçı Adam Tlexurayın xeyrinə 25 min manat pul tutulsun və həmin məbləğ Abşeron rayon Sahil qəsəbəsində yerləşən bu müəssisəyə köçürülsün."
Məlumata görə məhkəmə zamanı həmin məqalədəki video və foto dəlillər araşdırılmayıb.
Xatırladaq ki, "Xural" qəzetində dərc olunan məqalələrdə "Xırdalan" və "Baltika" adı altında satışa buraxılan pivələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan maddələrin və virusun olması haqqında məlumat verilmişdi. Məlumata əsasən, Gürcüstana ixrac olunan bu pivələr Tiblis laboratoriyalarında yoxlamalardan keçirilmiş və tərkibində insan orqanizminə zərərli olan maddələr olduğu üçün geri - Azərbaycana qaytarılmışdı.
Müəssisədə baş verən bu cinayətin videoçəkiliçini aparan işçilər sonradan bu kadrları "Xural"a təqdim edib və onun əsasında da müəllif lazımı materialı hazırlayıb. "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı təqib və təzyiq kampaniyası başlayan zaman A.Tlexuray qəzetə qarşı 150 min manatlıq iddia qaldırmış və Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva heç bir əsas olmadan iddianı qismən təmin edərək, qəzeti 50 min manat cərimələtmişdi. Həmin məhkəmə prosesində "Xural" qəzetinin bir nümayəndəsi belə iştirak etməyib. Məhkəmə materiallarına əlavə olunmuş sənəddə isə bildirilir ki, S.Quliyeva 23 yanvar 2012-ci ildə "Xural" qəzetinə və qəzetin baş redaktoru Ə.Zeynallıya bu haqda məlumat və bildiriş göndərsə də, onlar məhkəmədə iştirak etməyiblər. Halbuki həmin vaxt Ə.Zeynallı BİT-də həbsdə saxlanılıb və məhkəmə haqqında ona heç bir bildiriş göndərilməyib. Bu qədər saxtakarlıqdan sonra, işə baxan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədova vəkil Elçin Sadıqovun "Baltika-Bakı” MMC –nin cinayət xarakterli istehsal prosesilə əlaqədar təqdim etdiyi video-dəlillərə o, "Siz bu videonu icazəsiz əldə etdiyiniz üçün məhkəmə tərəfindən fakt hesab edilə bilməz” deyərək, əhəmiyyət verməyib. Bundan başqa da İlham Əsədov "Xural" qəzetinin məhkəməyə sübut kimi təqdim etdiyi digər sübutları nəzərə almadan, hətta Ə.Zeynallının məhkəmədə iştirakını təmin etmədən, bununla da "çəkişmə prinsipləri"ni pozaraq, qasnunsuz qərar çıxarmış, sonradan Ali Məhkəmə həmin qərarı ləğv etmişdi.
Qaynar.info