Xəbər lenti

Evini satışa çıxaran Mendi "Mançester Siti"dən pulunu geri istəyir
İdman09:09 11.08.2023

Evini satışa çıxaran Mendi "Mançester Siti"dən pulunu geri istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqanın hazırkı çempionu "Mançester Siti" sabiq futbolçusu BenjaMendiyə böyük miqdarda kompensasiya ödəməlidir. 
Qaynarinfo-nun məluamtına görə, 29 yaşlı futbolçu iyul ayında bir təcavüz cəhdindən bəraət aldıqdan sonra 2023-24 mövsümündən əvvəl Liqa 1 təmsilçisi "Loryen"lə müqavilə imzaladı.  "The Mirror”da yazılanlara görə "HM Revenue and Customs" (HMRC) 800.000 funt-sterlinq (1 milyon dollar) vergi borcunun ödənilmədiyi xəbərindən sonra Fransa şirkəti müflis elan edilib. Mendi həbs olunduqdan sonra 2021-ci ilin sentyabrında "Mançester Siti" tərəfindən tərəfindən heyətdən kənarda qaldı və həmin vaxtdan bəri maaşından tutuldu. HMRC-ni təmsil edən Cakill Carrett, Ali Məhkəmədə dinləmə zamanı borcla bağlı məsələlərin əvvəllər cinayət işinin yekununa qədər təxirə salındığını, lakin futbolçunun evinin satışından əldə edilən vəsait, yaxud, keçmiş iddiası əsasında ödənilməmiş maaşla razılaşmanın gözlənildiyini söylədi.
Mendinin mühasibləri ona qarşı irəli sürülən ittihamlar səbəbindən itirilən vəsaitləri qaytarmaq üçün yollarını ətraflı şəkildə izah etdilər. Mendi, günahsızlığı sübuta yetirildikdən sonra, açıqlamasında keçmiş klubu "Mançester Siti" ilə 9-10 milyon funt-sterlinqlik kompensasiya üçün danışıqlar apardığını və pulu geri alacağını deyib. Həmçinin, fransalı futbolçu, Makklesfild yaxınlığındakı beş milyon funt-sterlinqə (6,4 milyon dollar) evini satışa çıxardığını bildirib. 
Səbuhi Həsənov