Xəbər lenti

Çevrilişə cəhd edənlər "Beşiktaş"ın stadionuna belə endilər - VİDEO
İdman13:50 22.07.2016

Çevrilişə cəhd edənlər "Beşiktaş"ın stadionuna belə endilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd edənlərin yeni görüntüləri yayılıb. 

Qaynarinfo.az xəbər verir ki, hərbçilər helikopterlə "Beşiktaş"ın yeni stadionu "Vodafone Arena"ya eniblər.

Əsgərlərin stadiona enməsinin səbəbi ordan "Dicitürk"ün binasına getmək istəməsi olub. 3 dəfə eniş edən helikopter 44 əsgəri stadiona endirib. Əsgərlər sonra yoldan keçən bir bələdiyyə avtobusunu silah gücü ilə dayandıraraq "Dicitürk"ün binasına gedib.

Görüntülərdə həmin binadan təslim olaraq çıxan əsgərlər görünür. Onlar polis maşınlarına mindirilir. Tutulanlar arasında 1 polkovnik, 8 digər aşağı rütbəli zabit və 35 Hərb Məktəbi tələbəsi tutulub.

Qaynarinfo.az