Xəbər lenti

Çexiya millisi Almaniya və Azərbaycan üçün heyətini açıqladı
İdman12:48 03.10.2016

Çexiya millisi Almaniya və Azərbaycan üçün heyətini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiya millisinin oktyabrın 8-də Almaniya və həmin ayın 11-də Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, 20 futbolçu ilkin heyətə daxil edilib. Daha sonra 3 oyunçu da bu siyahıya əlavə olunacaq. Heyətdə "Qarabağ"a tanış olan Çexiyanın "Viktoriya" və "Slovan" klublarından 3 futbolçu da var. 

Qapıçılar - Tomaş Vatslik ("Bazel", İsveçrə), Yaroslav Drobnı ("Verder", Almaniya), Tomaş Koubek ("Sparta");

Müdafiəçilər - Tomaş Sivok ("Bursaspor", Türkiyə), Teodor Qebre Selassie ("Verder", Almaniya), Marek Suxi ("Bazel", İsveçrə), Pavel Kaderjabek ("Hoffenhaym", Almaniya), Filip Novak ("Midtüllann", Danimarka), Yakub Brabets ("Qenk", Belçika);

Yarımmüdafiəçilər - Ladislav Kreyçi ("Bolonya", İtaliya), Borjek Doçkal, Martin Fridek (hər ikisi "Sparta"), Milan Petrjela, Tomaş Horjava (hər ikisi "Viktoriya"), İrji Skalak ("Brayton end Houv Albion", İngiltərə), David Pavelka ("Kasımpaşa", Türkiyə), Yan Sikora ("Slovan");

Hücumçular - Matey Vıdra ("Derbi Kaunti", İngiltərə), Vatslav Kadlets ("Sparta"), Patrik Şik ("Sampdoriya", İtaliya).

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu ölkənin 3-cü böyük şəhəri olan Ostravada keçiriləcək.

Qaynarinfo.Az