
Türkiyə hazırlığını sürdürən “Neftçi” daha bir futbolçu ilə müqavilə imzalayıb. Qaynarinfo.Az xəbər verir ki, çex Pavel Dreksa qarşıdakı 1 ildə "ağ-qara" formanı geyinəcək.
Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş müdafiəçi buna qədər “Siqma”, "Usti nad Labem", “Banik” “Znoymo” və “Karvina” klublarında çıxış edib. "Transfermarkt" ona 350 min avro qiymət qoyub.
Dreksa klubda 6 nömrəli formanı geyinəcək.
Qaynarinfo.Az