Xəbər lenti

Çexiyada testi pozitiv çıxmış hakim Azərbaycana qayıtdı
İdman13:11 31.10.2021

Çexiyada testi pozitiv çıxmış hakim Azərbaycana qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyada koronavirus testi pozitiv çıxan azərbaycanlı hakim Zeynal Zeynalov artıq vətənə qayıdıb.
 
Qaynarinfonun əldə etdiyi məlumata görə yan xətt hakimi növbəti dəfə test verib və cavab neqativ olub. Bundan sonra o, oktyabrın 28-də ölkəyə qayıdıb. 
Ayın 21-də Konfrans Liqası çərçivəsində baş tutmuş "Yablonets” (Çexiya) – "Randers” (Danimarka) qarşılaşması Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılmışdı. Həmin matçdan öncə Zeynal bəyin COVID-19 testi pozitiv nəticələnmişdi. Belədə matçda dördüncü hakim funksiyasını yerinə yetirməli olan Elçin Məsiyev onu əvəzləmişdi. Dördüncü hakim funksiyasını isə çexiyalı Yan Petrik yerinə yetirmişdi.
Səbuhi Həsənov