
Bakı və Qax şəhərlərində qadınları əxlaqsızlığa cəlb edən kişilər saxlanılıb.
Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rəşad Abdullayevin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Başqa bir fakt isə Qax rayonunda aşkar edilib. Məhəmməd Bayramovun əxlaqsızlıq yuvası saxladığı üzə çıxıb. Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun sahibi olduğu şəhər ərazisindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
Qaynar.info