Xəbər lenti

Ekonomiks 16:32 31.05.2024

"Expressbank" audit hesabatı: 13.8 mln. xalis mənfəət

Expressbank 2023-ci il üzrə kənar audit şirkəti tərəfindən təsdiqlənmiş maliyyə hesabatını açıqlayıb. Hesabat beynəlxalq audit şirkəti "KPMG” tərəfindən hazırlanıb.

Hesabata əsasən, ”Expressbank”ın aktivləri yarım milyardı ötərək, 563.2 mln. manat təşkil edib. Bu isə 2022-ci ilin göstəricilərindən 28.8% yüksəkdir. 

Ötən il Bankın faiz gəlirlərində də artım müşahidə olunub. Belə ki, faiz gəlirləri 24.5% artaraq 59.5 mln. manat, qeyri-faiz gəlirləri isə 16.7 mln. manat olub. Bank 13.8 mln. manat xalis gəlir əldə edib.

Hesabat dövründə Bankın kredit portfeli 412,8 mln manat, depozit portfeli isə 255,9 mln. manat təşkil edib. 2022-ci il ilə müqayisədə bu göstəricilər üzrə müvafiq olaraq, 38.2% və 23% artım qeydə alınıb.

Qeyd edək ki, Expressbank ASC beynəlxalq reytinq agentliyi "Fitch Ratings” tərəfindən "B” səviyyəli "pozitiv” proqnozu ilə təsdiqlənib.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Expressbank - İşiniz rahat getsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->