Ekonomiks 11:03 05.08.2022

“Expressbank” növbəti şəhid ailəsinə dəstək oldu (R)

"Expressbank” daha öncələri olduğu kimi, bu dəfə də Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsinə xüsusi önəm verir. Bu yanaşmanı əsas tutan bank, daha bir şəhid ailəsinə dəstək olub.

Özünüməşğulluq Proqramına müraciət etmiş şəhid anası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbə sakini Hüseynova Nəzakət Məcid qızının məşğulluğunun təmin edilməsi üçün "Expressbank” tərəfindən avtotəmizləmə avadanlıqları təqdim edilib.

"Expressbank” proqram çərçivəsində indiyədək 42 vətəndaşı müxtəlif istiqamətlər üzrə məşğulluq avadanlıqları ilə təmin edib və bundan sonra da digər vətəndaşlara dəstəyini davam etdirəcəkdir.

Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı Memorandum əsasında davam edir.