Xəbər lenti

Ekonomiks 12:45 29.05.2025

"Expressbank" VISA tərəfindən mükafatlandırıldı (FOTO)

"Expressbank" VISA beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və rəqəmsal ödənişlər üzrə dünya lideri "Visa Inc.” şirkətinin dəstəyi ilə ölkə bankları arasında mükafatlandırma tədbiri keçirilib.

Tədbir zamanı "Expressbank ASC” VISA ilə birgə uğurlu "Lotereya kampaniyasının keçirilməsi ilə bağlı” mükafat alıb. 

Belə ki, 2024-cü ilin aprel ayından başlayan "Şans Ekspressi” lotereyası cari ilin aprel ayında yekunlaşıb. Lotereya müddətində 148 qiymətli hədiyyə Bankın sosial media hesablarında açılan canlı yayımlar zamanı təsadüfi seçim yolu ilə məlum olub.

Qeyd edək ki, Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
 


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->