Xəbər lenti

Eyni şəxsə aid beş 10 manatlıq şirkət ləğv olunur
Ekonomiks10:18 02.02.2021

Eyni şəxsə aid beş 10 manatlıq şirkət ləğv olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda eyni hüquqi ünvanda və eyni gündə yaradılan 5 şirkət ləğv olunur. 
Qaynarinfo xəbər verir ki, 03.06.2019 tarixində yaradılan və nizamnamə kapitalı 10 manat olan "Azernop”, "Sifon”, "Fernoz”, "Inoktas” və "Nasart” MMC-lər ləğv olunduğunu elan edib.
Elanda qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini 1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 49 ünvanına bildirə bilərlər.
Şirkətlərin qanuni təmsilçisi Xəlilova Minarə Cəlal qızıdır. Onların fəaliyyəti ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur.
Orxan Əhmədli