"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" sədrinin müşaviri vəzifəsindən azad edilib.
Qaynarinfo Manset.az-a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib. Onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Trend"ə bildiriblər ki, Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb. Qeyd edilib ki, proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur.
Şərhlər