Xəbər lenti

Şeyxülislam: Onunla görüşməyi özümə yaraşdırmıram
Siyasət 10:20 06.06.2025

Şeyxülislam: Onunla görüşməyi özümə yaraşdırmıram

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginlə hələlik görüşmək istəmədiyini bəyan edib.

"Report" xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmadığını deyib:

"II Qareginlə görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifətə də bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->