Xəbər lenti

Əyyub Kərimov dəfn olundu (FOTOLAR)
Ölkə13:56 03.03.2018

Əyyub Kərimov dəfn olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov bu gün dəfn edilib.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, jurnalist Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Əyyub Zakir oğlu Kərimov 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1985-1991-ci ildə BDU-nun hüquq fakültəsində təhsil alıb. 1992-ci ildə "Femida" qəzetini təsis edib.
Uzun illər peşəkar hüquqşünas kimi fəaliyyət göstərib. Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət MŞ-da hüquq şöbəsinin müdiri vəzifəsini daşıyıb.
Ə.Kərimov ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.