Xəbər lenti

Əziz Əzizovla bağlı sensasion İDDİA
Ölkə10:30 13.02.2014

Əziz Əzizovla bağlı sensasion İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadın icra başçısı şimal rayonlarından birinə yeni təyinat ala bilər

Əziz Əzizov Cəlilabadda qurub-yaratdığı biznesini təminat almaq üçün yerinə öz varisini gətirmək istəyir;  həmin şəxsin təhsil şöbəsinin müdiri Vidadi Dövlətov ola biləcəyi gözlənilir…

Cəlilabad rayonunun icra başçısı Əziz Əzizov yeni rayona təyinat almaq üçün günlərini sayır. 2006-cı ildən Cəlilabad rayonunun idarə edən Əziz Əziovun şimal rayonlarından birinə təyinat alacağı gözlənilir.

Bu barədə Pia.Az-a Cəlilabaddan daxil olan məlumatda bildirilir ki, Əziz Əzizov özü ən yaxın ətrafına bu haqda danışıb. Məlumatda həmçinin göstərilir ki, Əziz Əzizov 7 il müddətində Cəlilabadda qurub-yaratdığı biznesini təminat almaq üçün yerinə öz varisini gətirmək istəyir. Həmin şəxsin bir zamanlar Əzizovun müavini olan, hazırda rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Vidadi Dövlətov olduğu bildirilir. Belə ki, məlumatda Əziz Əzizovun Vidadi Dövlətova onu öz kürsüsünə oturtmaq məqsədi ilə Prezident Adminstrasiyasında bəzi şəxslərlə görüşəcəyinə dair söz verib.

Həmçinin Əziz Əzizovun keçmiş müavini və hal hazırda rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyən Vidadi Dövlətovla bağlı maraqlı məlumatlar daxil olub. Qeyd edək ki,  2 il öncə Hesablama Palatası Cəlilabad rayonunda və Təhsil Şöbəsində ciddi maliyyə pozuntuları aşkarladı. Cəlilabad Təhsil Şöbəsində aşkarlanan mənimsəmə faktlarından sonra cinayət işi açıldı və keçmiş şöbə müdiri Ədalət Əsgərov vəzifəsindən çıxarıldı.

Daxil olan məlumatda bildirilir ki, təhsil şöbəsinin müdirir Ədalət Əsgərov vəzifədən sonra bu quruma rəhbər təyinatı üçün bir xeyli məmur mübarizə aparırıb. Təhsil Şöbəsinin müdiri vəzifəsində gedən mübarizədən icra başçısı Əzizi Əzizovun müavini Vidadi Dövlətov qalib çıxaraq idarə müdiri təyinatı alıb. Vidadi Dövlətovun müavinlikdən şöbə müdirliyinə can atması səbəbi isə rayon Təhsil Şöbəsində "böyük vəsaitlərin fırlanması" olub. Belə ki, icra başçısının müavini vəzifəsindən bir pillə aşağı vəzifəyə düşən Vidadi Dövlətov quruma rəhbərlik edəndən bəri görmədiyi günləri yaşamağa başlayıb. 

Məlumata görə müavin işlədiyi dövrdə Vidadi Dövlətovun indiki qədər mal mülkü, obyektləri yox idi, indi isə var. Təhsil Şöbəsinin müdiri vəzifəsində həddindən artıq varlanan Vidadi Dövlətov hazırda icra başçısı olmağa hazırlaşır və bunun üçün Əziz Əzova sonna qədər sədaqətli olacağı barədə söz verdiyi iddia olunur.

Qeyd edək ki, Cəlilabad təhsil şöbəsinin nəzdində 126 ümumitəhsil məktəbi və 3000 mindən çox  müəllim fəaliyyət göstərir. Bildirilir ki, son bir ildə Cəlilabad rayon Təhsil Şöbəsinə 1,3 milyon manat vəsait ayrılıb. Həmin vəsaitini 600 mini manatı təmir tikinti işləri üçün yerdə qalanı isə  cari təmir, digər maşın avadanlıqları, təsərrüfat malları və mətbəə xidmətləri adı altında sənədləşdirilib. Belə ki, Vidadi Dövlətov rayoni Təhsil Şöbəsinə ayrılan vəsaitlərin xərclənməsini sənədləşdirərkən gen-bol qiymət və başqa şişirtmələr edərək külli miqdarada mənimsəmələrərə yol verib.

Qeyd olunur ki, Vidadi Dövlətovun əsas qazanc mənbəyi kənd məktəblərinin cari təmirində həyata keçirdiyi maxinasiyalar olub. İcra başçısnın müavini işlədiyi dövrdə məktəblərdə cari təmir maxinasiyalarını məhz Vidadi Dövlətovun kiçik müəssisəsi həyata keçirdiyi bildirilir.  Hazırda isə bu sahədə püxtələşən şöbə müdirirnin bütün maxinasiyalarını yeni açdığı şirkətinin vasitəsçi ilə həyata keçirdiyi göstərilir. 

Məlumatda bildirilir ki, rayon daxili büdcəsindən kənd məktəblərində cari təmir işlərinin aparılması üçün keçən il 300 min manatdan çox vəsait ayrılıb ki, həmin vəsaitin necə xərclənmsəini Vidadi Dövlətovdan və icra başçısı Əzizi Əzizovdan başqa heç kəs bilmir. Bundan başqa ötən il Vidadi Dövlətov labaratoriya avadanlıqları , digər xərclər, maşın avadanlıqları və mətbəə xidmətləri üçün 360 min manat vəsait xərcləyib.  Mənbə iddia edir ki, bu vəsaitin yarsından çoxu birbaşa şöbə müdirinin cibinə axıb. Həmçinin bildirilir ki, Vidadi Dövlətov icra başçısnın müavini işlədiyi vaxtlar Cəlilabadda qurban kəsmək üzrə mütəxəsis kimi tanıyırdılar və ləqəbi isə “kurort” olub,  indi isə məktəb direktorlarından hər ay «haqq» aldığı üçün ona Cəlilabadda “Şapka Vidadi” deyə xitab edirlər. 

Məlumatda göstərilir ki, Təhsil Şöbəsi müdirinin başqa gəlir mənbəyi məktəblərdə məşğələləri, dərsləri müəllimlərin adına yazılaraq mənimsəməsidir. Viddai Dövlətovun "məşğələ əməliyyatları"ndan hər ay 15 min manata yaxın qazanc əldə etdiyi vurğulanır.

Bundan başqa, rayon Təhsil Şöbəsinin Həmkarlar İttifaqına verilən yüzlərlə istirahət biletləri də şöbə müdiri tərəfindən açıq satışa çıxarıldığı bildirilir. Müəllimlərin istirahət biletlərini satan Vidai Dövlətövun özünün isə kurortlardan qalmadığı da iddia olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info