Xəbər lenti

Dünya 17:51 22.08.2023

F-16-ların JASSM raketləri Krımı "döyüşsüz" qaytara bilər - "Forbes"

Ukraynanın F-16 qırıcıları üçün JASSM raketlərinə ehtiyacı var, çünki bu raketlər Rusiya tərəfindən işğal olunmuş Krımı azad etmək üçün kritik rol oynaya bilər.

Qaynarinfo xəbər verir ki, "Forbes”in məlumatına görə, bunu Kaliforniyadakı RAND korporasiyasının analitiki Brin Tannehill deyib.
 
"JASSM ilə təchiz edilmiş F-16-lar Krımı döyüşsüz geri qaytarmağa yönəlmiş uzunmüddətli planı üçün kritik əhəmiyyət kəsb edə bilər”, -  o qeyd edib. 

Tannehil əlavə edib ki, bu cür raketlərdən istifadə Ukrayna qüvvələrinə əks-hücum əməliyyatlarının indi əldə etdikləri nəticələrə nail olmağa kömək edəcək, lakin ukraynalılar üçün lap "aşağı qiymətə”.

"Forbes” yazır ki, "Lockheed Martin”in istehsal etdiyi 370 km-dən çox mənzilə malik iki tonluq qanadlı raket Joint Air-to-Surface Strike Missile” (JASSM) "Kiyevin istəklər siyahısı”ndadır.

Qeyd olunur ki, ABŞ JASSM-in Ukraynaya təhvil verilməsinə razılıq verməyincə, F-16-lar döyüş meydanında öz potensialını tam reallaşdıra bilməyəcək.
"F-16-ların Ukraynada fəaliyyətə başlamasına hələ çox vaxt var və onların müharibənin nəticələrinə nə dərəcədə təsir edəcəyi açıq sual olaraq qalır”, - Tannehil izah edib.

Bildirilir ki, hazırda Xmelnitski vilayətinin Starokonstantinov aerodromundan 7-ci taktiki aviasiya briqadasının tərkibində uçan modifikasiya edilmiş Su-24M/MR bombardmançılarının kiçik qrupu Ukrayna Hərbi Hava Qüvvələrinin əsas dərin zərbə endirmə hərbi hava qüvvələridir. Onlar Britaniya və Fransa tərəfindən təmin edilən "Storm Shadow” və "SCALP” qanadlı raketlərindən istifadə edirlər ki, bu da Su-24-ə 250 kilometr uzaqlıqdakı Rusiya hədəflərini vurmaq imkanı verir.

Qeyd olunur ki, F-16 qırıcıları Storm Shadow və ya SCALP raketlərə uyğunlaşdırılmayıb, onlara JASSM raketləri uyğundur.

Nəşr qeyd edir ki, F-16-nı JASSM ilə təmin etməklə Ukrayna aviasiyası "dərin zərbənin gücünü ikiqat artıra bilər”.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?