Xəbər lenti

"Facebook" "BlackBerry"ni məhkəməyə verdi
Texnologiya11:29 05.09.2018

"Facebook" "BlackBerry"ni məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkə nəhəngi "Facebook" "BlackBerry" şirkətinə qarşı iddia qaldırıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, "BlackBerry" səsli mesajlaşma texnologiyası və video, səs, qrafik məzmunu da daxil olmaqla ümumilikdə 6 patent hüququnu pozmaqda ittiham edilir.
Facebook-un San-Fransisko federal məhkəməsiqarşısında qaldırdığı iddiada maddi təzminatın miqdarı konkret olaraq göstərilməyib.
Qeyd edək ki, "Facebook" "BlackBerry"ni mart ayında mesajlaşma texnologiyasını oğurlamaqda günahlandırmışdı. İddiaçının bildirdiyinə görə, sözügedən məzmun hazırda "Instagram" və "Whatsapp"da istifadə olunmaqdadır.