XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Facebook"da polisə şikayət edildi: Divarlara "24ks.cc", "CK.MEФ" işarələri yazan şəxs həbs edildi
Ölkə13:29 22.02.2024

"Facebook"da polisə şikayət edildi: Divarlara "24ks.cc", "CK.MEФ" işarələri yazan şəxs həbs edildi

Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində həyətyanı sahələrin divarlarına və binaların daş örtüklərinə "24ks.cc", "CK.MEФ" işarələr yazan şəxs həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, polisə "Facebook" vasitəsi ilə 2 nəfərin Sahil qəsəbəsi ərazisində həyətyanı sahələrin divarlarına və binaların daş örtüklərinə "24ks.cc", "CK.MEФ" işarələr yazaraq, narkotik vasitələrin təbliğatının aparılması barədə məlumat verilib. 
Aparılan əməliyyat tədbirləri nəticəsində 6 avqust 2002-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində doğulmuş Azərbaycan vətəndaşı Zaur Bədəlov (ad-soyad şərti) saxlanılıb. 
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 30 gün müddətinə inzibati qaydada həbs edilib. 
Əhməd