
Facebook-dan verilən xəbərə görə, şirkət tərəfindən aparılan son sorğu zamanı istifadəçilərin, xəbər qaynaqlarında (əsas səhifədə) reklamlardan daha çox dostları haqqında məlumatları və bəyəndikləri səhifələrin paylaşımlarını görmək istədikləri ortaya çıxıb.
Texnobaz.com xəbər verir ki, bundan nəticə çıxaran Facebook reklam xarakterli səhifə paylaşımlarını azaltmaq üçün artıq fəaliyyətə başlayıb.
Sorğuda iştirak edənlərin fikrincə, reklam xarakterli məlumatlar əsas səhifəyə gəlir və bu, insanların öz bəyəndikləri səhifələrdəki məlumatları, eləcə də ən yaxın dostlarının paylaşımlarını görməkdən yayındırır.
2015-ci ilin yanvar ayından etibarən, bu tərz mesajların daha az görüləcəyi artıq təsdiqlənib.
Qaynar.info