Hər bir insanın sosial şəbəkələrdə öz davranışstili var, lakin "Facebook" istifadəçilərinin davranışında müəyyənqanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağaimkan verir.
"Mashable" informasiya saytı sosial şəbəkələrdə insanlarındavranışının doqquz tipini təqdim edib. Sizin profiliniz nədən xəbərverir?
Birinci tip – Təqibçi. Bu tipə adətən qadın istifadəçiləraiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar."Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tipistifadəçi "Facebook"a gündə təxminən 14 dəfə daxil olur" – "Mashable"yazıb.
İkinci tipə 1970-ci illərin demoqrafik partlayış dövrünəməxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.Qonşuda keçirilən əyləncəgecəsində "Facebook" haqqında eşidən bu tip sosial şəbəkədə maraqnaminə qeydiyyatdan keçir, lakin onun sonrakı fəallığı uşaqlarınınstatuslarına şərh yazmaqdan ibarət olur.
Üçüncü tip şəbəkədə yeni olan istifadəçidir. O, hər bir statusu layk edir və şərh yazır.
Dördüncü tip dostlarını "Facebook" vasitəsilə özfəaliyyətindən xəbərdar edən insandır. Bu cür istifadəçi tipi haradaolmasından asılı olmayaraq öz yerini qeyd edir və statuslarını hərdəqiqədən bir yeniləyərək özü haqqında məlumat verir.
Beşinci tipə brend-promouterlər aiddir. Onlar "Facebook"danöz şirkətləri haqqında informasiya yaymaq üçün istifadə edirlər. Bu cürtipin bütün statusları şirkətin xəbərləri ilə əlaqədardır.
Altıncı tipə ehtiyatlı istifadəçilər aiddirlər. Bu cüristifadəçinin profili tamamilə bağlıdır, çünki o, özü haqqında hər hansıbir məlumatın açıqlanmasından ehtiyat edir.Bu cür istifadəçi özünü hər şeydən son dərəcə qorumaq üçün çox vaxt sosial şəbəkədə saxta soyaddan istifadə edir.
Yeddinci tipə aid istifadəçilərin fəaliyyəti heyvanlarınsevimli fotoşəkillərini dərc etməkdən ibarətdir. Əsas məsələ mümkünqədər çoxlu sayda "layk" almaqdır.
Səkkizinci tip oyunçudur. Bu cür istifadəçilər sosialşəbəkələrdən yalnız müxtəlif oyunlar oynamaq üçün istifadə edirlər.Statistikaya əsasən, "Facebook"un 250 milyondan çox istifadəçisi sosialşəbəkədə oyunlara görə pul ödəməyə hazırdırlar.
Doqquzuncu tipə qeyri-aktiv istifadəçi aiddir. Onun üçünşəbəkədə qeydiyyatdan keçmək onsuz da çətin qərar olub. Bu tipə aidistifadəçilərdən hər hansı fəallıq gözləməyinə dəyməz.
İctnwes.az