Xəbər lenti

“Facebook” İsveçdə data mərkəzini açdı - FOTOLAR
Ekonomiks09:13 13.06.2013

“Facebook” İsveçdə data mərkəzini açdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Facebook” şirkəti ABŞ-dan kənarda ilk data mərkəzini istifadəyə verib. 

Yeni data mərkəz İsveçdə yerləşir və 28 min kv metr ərazi tutur. “Facebook”un əməliyyat direktoru Tom Furlonq deyib ki, İsveçin Lulea şəhərində yerləşən data mərkəz əsasən şirkətin Avropa istifadəçilərinə xidmət üçün nəzərdə tutulub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ekspertlərin fikrincə, yaxın vaxtlarda İslandiya, Finlandiya, İsveçrə və ya Kanada kimi ölkələrdə çoxlu sayda yeni data mərkəzlər istifadəyə veriləcək.

“Facebook”un İsveçdə yerləşən məlumat mərkəzində serverlərin soyudulmasına ehtiyac yoxdur. Burada orta illik temperatur cəmisi 2 dərəcə təşkil edir. Beləliklə, yeni data mərkəz dünyanın ən enerji effektiv mərkəzlərindən biri olacaq.

Qaynar.info