Xəbər lenti

Facebook itənləri axtarır
Ekonomiks15:04 15.09.2014

Facebook itənləri axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Facebook sosial şəbəkəsi Snapchat ani məlumatlar servisindən ilhamlanaraq özünə qeyb olan məlumatlar servisi yaradıb. 

Qaynar.info  ICTnews-a istinadən bildirir ki, şirkət hazırda yeni imkanın testləşdirilməsi ilə məşğuldur.

Sosial şəbəkənin nümayəndələri bildiriblər ki, kontentin müəyyən vaxtdan sonra (bir saatdan yeddi günədək) avtomatik pozulması imkanı iOS əlavəsi üçün kiçik pilotdur.

İyun ayında şəbəkə 700 min istifadəçinin xəbər lentində dəyişikliklərin edilməsi ilə bağlı eksperimentinə görə tənqid atəşinə tutulub.

Məlumatların istifadə vaxtı bitdikdən sonra digər istifadəçilər onlardan istifadə edə bilməyəcəklər. Bu opsiya hazırda, Facebook və digər texnoloji şirkətlərin öz məhsullarını və xidmətlərini yoxladıqları Yeni Zelandiyada aktivdir. 

Qaynar.info