
Facebook sosial şəbəsinin uzun müddətdir gənc istifadəçilərlə bağlı problem yaşadığı bildirilib.
Qaynar.info webrazzi.com-a istinadən xəbər verir ki, gənclərin bu sosial şəbəkəni tərk etməsi şirkət üçün elə də yaxşı hal deyil, çünki reklam şirkətlərinin əksəriyyətinin hədəfi gənc istifadəçilərdir.
Gənclərin Facebook-dan uzaqlaşmaları ilə bağlı ən dəqiq açıqlamanı elə şirkətin özü verib.
"iStrategy Labs" firmasının hazırladığı hesabata əsasən Facebook son 3 il ərzində təkcə ABŞ-dan 11 milyon istifadəçi itirib.
Hesabata görə, ən böyük itki də Facebook-un təməlini qoyan universitet tələbələri arasındadır.
Qaynar.info