
Facebook şirkətinin əməliyyat direktoru Şeril Sandberq özünün şirkətdəki səhmlərini 91 milyon dollara satıb.
Qaynar.info xəbər verir ki, satış əvvəlcədən razılaşdırılmış plan əsasında həyata keçirilib.
Səhmlərin satışı fond birjalarında Facebook-un səhmlərinin 38 dollara qalxmasından bir həftə sonra baş tutub.
Qeyd edək ki, sosial şəbəkə fond birjalarına ötən il daxil olub.
Qaynar.info