Xəbər lenti

Facebookda ilin ən yaxşı rektoru seçilir - SİYAHI
Ölkə12:13 09.07.2014

Facebookda ilin ən yaxşı rektoru seçilir - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birincilik hələ ki, Abel Məhərrəmovdadır

119 min üzvü olan “Azerbaycan Universitetləri” səhifəsi yarış elan edib. Facebook sosial şəbəkəsinin geniş əhatəli səhifələrindən olan “Azerbaycan Universitetləri”ndə ilin ən yaxşı rektoru sorğusu hələ davam edir. Səhifəni bəyənənlər səsvermədə şəxsən iştirak edərək öz namizədlərini müəyyən edirlər.

Səsvermənin birinci günündə keçirilən ilkin mərhələdə 48 rektordan 10 rektor müəyyən olunub. Hazırda sorğuda ilk yeri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tutur. 10.07.2014-cü il, saat 21:00-dək davam edəcək sorğunun yekunun da ilin ən yaxşı rektoru müəyyən ediləcəkdir. 

Hazırda sözügedən 10-luq bu cürdür:

1. BDU rektoru - Abel Məhərrəmov

2. AMİ rektoru - Aqiyyə Naxçıvanlı

3. ADİU rektoru - Ədalət Muradov.

4. MAA rektoru - Arif Paşayev

5. BSU keçmiş rektoru - Kamal Abdulla.

6. ADU rektoru - Səməd Seyidov

7. Qafqaz rektoru - Ahmet Sanıç

8. AzTU rektoru - Havar Məmmədov

9. AzMİU rektoru - Gülçöhrə Məmmədova

10. ADAU rektoru - İbrahim Cəfərov

musavat.com