Xəbər lenti

Facebookun porno epidemiyası - ÇARƏ
Ekonomiks09:15 09.02.2015

Facebookun porno epidemiyası - ÇARƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Facebookda yeni bir virus yayılıb. 

Kulis.Az-ın məlumatına görə virusun istifadəçiləri tələyə salmaq üçün porno videolardan yararlanır.

Hədəfə götürülən şəxsin profilində pornoqrafik video linki paylaşılır. Həmin linkə istifadəçinin 20 dostunun adı etiketlənir. Adları etiketlənən istifadəçilər maraqlanıb videonu açırlar. Video bir neçə saniyə işlədikdən sonra Flash proqramını yeniləməyi tələb edir. Yeniləmə edildikdə isə istifadəçilər virusa yoluxur.

Virusun sürətlə yayıldığı müşahidə olunur. Virusa yoluxan şəxsin dostları da bu cür videolara etiketlənirlər. Lakin bu halda etiketi silmək fayda vermir, yalnız virusa yoluxmuş şəxsi dostluqdan çıxartmaqla etiketi ləğv etmək olur.

Facebook sözcüsü isə virusu dayandırmaq üçün çalışdıqlarını, yeni təhlükəsizlik tədbirləri gördüklərini bildirib.

Qaynar.info