Xəbər lenti

Fasilə bitdi, Azərbaycan Premyer Liqasında 19-cu tura start verilir
İdman06:46 24.01.2023

Fasilə bitdi, Azərbaycan Premyer Liqasında 19-cu tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
29 günlük fasilədən sonra Azərbaycan Premyer Liqasında 19-cu tura start verilir.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. "Kəpəz” doğma azarkeşlər önündə "Qəbələ”ni qəbul edəcək. 
Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Komandalar buna qədər 22 oyunda üz-üzə gəlib. Hər iki komanda 6 qələbə qazanıb. Qalan 10 oyunda heç-heçə qeydə alınıb. "Qəbələ” son 5 oyunda qol vurub. "Kəpəz” son üç ev qarşılaşmasında uduzub. Top fərqində ”Qəbələ”nin üstünlüyü görünür - 18:29. 
Azərbaycan Premyer Liqası, 19-cu tur
14.00. "Kəpəz” - "Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR hakimləri: Rauf Allahverdiyev, Elşad Abdullayev
Hakim inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Gəncə şəhər stadionu
"Qarabağ” - 50, "Sabah” - 43, "Neftçi” - 38, "Zirə” - 28, "Qəbələ” - 25, "Turan Tovuz” - 17, "Şamaxı” - 13, "Sumqayıt” - 12, "Kəpəz” - 12, "Səbail” - 10
19-cu turun digər oyunları yanvarın 25 və 26-da keçiriləcək. Ayın 25-də "Qarabağ” "Turan Tovuz”un (14:00), "Sumqayıt” "Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün "Şamaxı” "Səbail”i (14:00), "Sabah” isə "Neftçi”ni (19:00) qəbul edəcək.
Səbuhi Həsənov