Xəbər lenti

Fatih Terim "Qalatasaray"dan gedir (İDDİA)
İdman12:02 08.04.2013

Fatih Terim "Qalatasaray"dan gedir (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin klubu tərk edəcəyi bildirilib. 

Qaynar.info-nun məlumatına görə, bu barədə TV8 kanalının "Teleqol" verilişində çıxış edən futbol şərhçisi Gökmen Özdanak açıqlama verib. 

Özdanak bu məlumatı ona dostu tərəfindən verildiyini, dostuna da klub prezidentinin söylədiyini deyib. 

Futbol şərhçisi prezident Ünal Aysalın Fatih Terimlə işləmək istəmədiyini, mövsümün sonunda klubdan göndəriləcəyini söyləyib: "Ünal Aysal artıq Terimlə işləmək istəmir. Onun yerinə Mourinyo gətiriləcək. Nə qədər pul istəsə verəcək və 1-2 il işləməyi istəniləcək. əgər onunla razılaşma baş tutmazsa Fatih terim səviyyəsində və daha təcrübəli bir baş məşqçi ilə razılığa gəlinəcək". 

Qaynar.info