Xəbər lenti

Fazil Məmmədovun iki şirkəti bağlandı
Ölkə06:19 03.04.2015

Fazil Məmmədovun iki şirkəti bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Synergy Group” ASC-yə daxil olan iki şirkətin ləğvi barədə qərar qəbul edilib. Contact.az-ın məlumatına görə, holdinqin ofisində bu qərarın səbəblərini şərh etməyiblər.

Ləğv edilən şirkətlərdən biri “Netsolutions” MMC 2011-ci il aprelin 1-də təsis edilib. Iki təsisçisindən biri “Synergy Group” ASC-nin törəmə şirkəti olan “Sybernet” MMC-dir.

Ikincisi, “Exclusive Dining” MMC 2012-ci ilin iyununda təsis edilib.

Qeyd edək ki, “Synergy Group” ASC 2010-cu ildən fəaliyyət  göstərir və səhmlərin 99 faizinin sahibi Kamil Əşrəfovdur. Qrupa 30-a yaxın şirkət daxildir. 2013-cü ildə şirkətin gəliri 15,5 mln. manat, maliyyə zərəri 20 mln. manat olub.

“Synergy Group”un vergilər naziri Fazil Məmmədova məxsus olduğu barədə iddialar var.

“Sybernet” MMC 2004-cü ildə təsis edilib və ölkənin ən aprıcı IT şirkətlərindən biridir. 

“Ataholding” ASC-nin 2011-ci il üçün hesabatında deyilir ki, həmin il bu şirkət (“Sybernet” MMC)  nominal dəyəri ilə holdinqin başqa təsisçilərinə satılıb.

“Ataholding” ASC-yə prezident Ilham Əliyevin 19 yaşlı oğlu Heydər Əliyev nəzarət edir.

Qaynar.info