Xəbər lenti

Fazil Mustafa Şeyxin qərarına qarşı çıxdı
Ölkə10:45 08.08.2013

Fazil Mustafa Şeyxin qərarına qarşı çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Deputat Fazil Mustafa bayram namazını qıla bilməyib. Bunu isə din sahəsində işlərin bərbad gündə olması ilə əlaqələndirib.

Bu barədə deputat öz facebook səhifəsində yazıb. Qaynar.info Fazil Mustafanın həmin statusunu olduğu kimi təqdim edirik:

“Bu gün Bayram namazı qılmaq üçün məscidə getdim. Bildirdilər ki, sabah qılınacaq. Rayona yola düşəcəyimdən xeyli təəssüfləndim. Hər halda Bayram namazının farz olmadığını düşünərək, sabahı gözləmədən yola çıxdım. Azərbaycanda çox şeylər bərbad gündədir, din sahəsində isə işlər daha daha acınacaqlıdır. Biz, İslamı tarixən formalaşan Türk düşüncəsi ilə dərk edən insanlar təbii ki, referans olaraq Türkiyə təqvimini və qaydalarını götürürük, çünki oradakı qardaşlarımızın dini həssaslığı və səmimiyyəti bizim əksər nəzir mollalarının rəylərindən daha mötəbər sayıla bilər. Orada, eləcə də Məkkə və Mədinədə bayram namazı qılındığı halda Bakıda bunun təxirə salınması əslində ciddi bir yanlışlıq sayılmalıdır. Bununla belə tək təsəllim yol üstündə -Acıdərədə həmişəki kimi Türk əsgərinin məzarını ziyarət etmək oldu. Torpağımızı düşməndən təmizləmiş, bizə dövlət qurma şansı vermiş və bu yolda şəhid olmuş böyük qəhrəmanımız Nuru Paşanın cəsur əsgərinin tək məzarını ziyarət etməklə elə Bayram namazında aldığım zövqü aldığımı söyləyə bilərəm”.

Qaynar.info