Xəbər lenti

Fazil Talıblı: "E-sosial" saytına iş saatlarında girmək lazımdır” (FOTO)
Ekonomiks07:16 24.04.2020

Fazil Talıblı: "E-sosial" saytına iş saatlarında girmək lazımdır” (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müraciətlərin emalı iş günləri və iş saatlarında təmin edilir. 
Bunu Qaynarinfo-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "e-sosial" saytına axşam saat 18:00-dan sonra girişin dayandırılması ilə bağlı qoyulan məhdudiyyətdən danışarkən deyib. Qurumun sözçüsü bunu normal hal hesab etdiyini bildirib:
"Müraciətlərin emalı prosesi həyata keçirilir. Bu müddət ərzində kifayət qədər müraciətlər var. Karantin rejimi artırıldıqdan da sonra müraciətlər davam etməkdədir. Müraciətlərin emalı iş günləri və iş saatlarında təmin edilir. Burada narazılıq yadaran hansı məqam var? İş saatlarında sayta girişdə heç bir problem yoxdur. Sadəcə iş günləri və iş saatlarında müraciət etmək lazımdır".
Bahar Rüstəmli