Xəbər lenti

FED-in uçot dərəcəsi ilə bağlı qərarı bazara necə təsir edəcək? - Ekspert
Ekonomiks13:50 16.12.2021

FED-in uçot dərəcəsi ilə bağlı qərarı bazara necə təsir edəcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu addımla dolların mövqeyi möhkəmlənəcək və qiymətlərdə ucuzlaşma baş verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov FED-in uçot dərəcəsini 0-0,25 faiz nisbətində saxlamasına münasibət bildirərkən deyib. Onun fikrincə, növbəti ildə FED daha sərt pul-kredit siyasəti yürüdəcək: 
"Burada FED-in uçot dərəcəsini artırması yox, əsasən qurumun növbəti dövrlər üçün gözləntiləri ilə bağlı hansı dəyişikliklərin baş verəcəyi izlənilirdi. Verilən qərar 2022-ci ildə uçot dərəcəsinin ciddi artırılması və aktivlərin geri alınması prosesinin başlanmasına müəyyən siqnallar verdi: Təbii ki, FED mümkün qədər çalışır ki, vəziyyəti nəzarətdə saxlasın. Bir tərəfdən də ABŞ-da 6,8 faiz civarında inflyasiya təzyiqi yaranıb. FED-in qərarı fonunda gözləntilər odur ki, uçot dərəcəsi saxlanılsa da, növbəti dövr üçün daha sərt pul-kredit siyasətinin yürüdülməsi həyata keçiriləcək. Bu da təbii ki, növbəi dövrdə investorlar tərəfindən qiymətləndiriləcək”.
İndiki halda ekspertə görə, qərarın bazara hər hansı bir ciddi təsiri olmayacaq: 
"Qərar mərhələli şəkildə dolların müəyyən qədər mövqeyinin möhkəmlənməsinə və dolayısı ilə əmtəə bazarında qiymətlərdə ucuzlaşma meylinin güclənməsinə gətirib çıxaracaq. İnkişaf etməkdə olan ölkələrin valyutaları cizi də olsa, 2022-ci ilin əvvəlində dollara qarşı zəifləyəcək”.
Rüfət Sultan