Xəbər lenti

FED-in yeni rəhbərinin açıqlamaları dolları bahalaşdıra bilər
Ekonomiks16:45 26.02.2018

FED-in yeni rəhbərinin açıqlamaları dolları bahalaşdıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbəri Cerom Pauel (Jerome Powell) sabah Konqresdə ilk dəfə çıxış edəcək. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, onun çıxışı dolların bahalaşmasına səbəb ola bilər. 
Belə ki, əgər o, sabahkı çıxışında ABŞ-da inflyasiyanın 2,5%-ə yüksələ biləcəyi fikrini qəbul etsə, dolların məzənnəsi digər valyutalarla müqayisədə möhkəmlənəcək. Çünki inflyasiya proqnozlarının FED-in 2%-lik hədəfini ötməsi uçot dərəcəsinin daha da sürətlə artırılması deməkdir. 
Xatırladaq ki, C.Pauel fevralın 13-də rəsmi andiçmə mərasimində tam əmək bazarı və qiymətlərdə hədəfə çatılması istiqamətində inanılmaz müvəffəqiyyət əldə olunduğunu bildirib. 
"Report"un analitik qrupu hesab edir ki, FED rəhbəri ölkədə inflyasiyanın sürətləndiyini qəbul etsə, əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,2-yə düşə bilər. Dolların bahalaşmasına həmçinin İtaliyada və Almaniyada martın 4-də keçiriləcək parlament seçkiləri və koalisiya görüşmələri nəticəsində avronun ucuzlaşması da təsir göstərə bilər.