ABŞ Federal Ehtiyatlar Sistemi (FED) iyunda uçot dərəcəsini artıra bilər.
Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankı bu həftə faiz dərəcəsini sabit saxlamağa çalışacaq. Lakin gözlənilən inflyasiyanın artması və işsizlik faizinin aşağı olması səbəbindən uçot dərəcəsinin artırılması ehtimal olunur.
FED-in 2 günlük iclasında məsələ müzakirəyə çıxarılıb və Mərkəzi Bankın qərarı sabah ictimaiyyətə açıqlanacaq. Növbəti iclasın isə iyun ayının 12-13-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, FED-in mart ayının 20-21-də keçirilən iclasında faiz dərəcəsi 1,50-dən 1,75-ə artırılmışdı