Xəbər lenti

Federasiya prezidentinin qadın futbolçunu ehtiraslı öpüşündən sonra qalmaqal yarandı (VİDEO)
İdman12:28 21.08.2023

Federasiya prezidentinin qadın futbolçunu ehtiraslı öpüşündən sonra qalmaqal yarandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə qadınlar arasında dünya çempionatının İspaniya və İngiltərə arasında keçirilən final oyunundan (1:0) sonra qalmaqallı epizod yaşanıb.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi zamanı İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin millinin futbolçularından biri, 33 yaşlı Cenni Hermosonun dodaqlarından öpməsi qalmaqala səbəb olub.
Federasiya rəhbəri seksist davranışda ittiham olunub.
İspaniyanın "El Confidential” qəzetinin jurnalisti Alberto Orteqa "Bu, sadəcə olaraq iyrənclikdir” deyib.
"Daily Mirror" jurnalisti Kolin Millar yazıb: "Bu, futbolçu karyerasının zirvəsidir və bu, böyük emosional yük tələb edir".
SUMAR parlament partiyasının nümayəndəsi Marta Luis Rubilaesi istefaya çağırıb: "Hermosoya qarşı bu cür seksist davranış qəbuledilməz və utancvericidir".
Rubialesi İspaniyanın bərabərlik naziri İrena Montero da sərət tənqid edib: "Razılıq olmadan öpüşün baş verən bir hadisə olduğunu bir fakt kimi qəbul etməyək. Bu, qadınların hər gün əziyyət çəkdiyi və hələ də diqqətdən kənarda qaldığı və normallaşdıra bilmədiyimiz cinsi zorakılığın bir növüdür. Bu, bütün cəmiyyətin vəzifəsidir".
Hermosonun özü Rubialesin bu hərəkəti ilə bağlı sualı cavablandırarkən zarafatla bunun xoşuna gəlmədiyini bildirsə də, funksionerlə "gözəl münasibət" olduğunu əlavə edib.
"Eh, amma mənim bu xoşuma gəlmədi. Bu, Dünya Kubokunu qazanmağın böyük sevinci səbəbindən tamamilə kortəbii bir qarşılıqlı jest idi", deyə futbolçu bildirib.
"Cenni ilə öpüş? Hər yerdə axmaqlar var. İki insanın bir anlıq isti münasibəti olanda biz boş sözlərə qulaq asa bilmərik. Biz çempionuq və bu kifayətdir”, deyə Rubiales epizodu şərh edib. 
Nizami Bağırov