Xəbər lenti

Fələstin İsraildən FİFA-ya şikayət etdi
İdman05:45 19.04.2024

Fələstin İsraildən FİFA-ya şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstin Futbol Federasiyası (PFA) İsrailin Qəzza zolağında insan haqlarını pozduğuna görə FİFA-ya müraciət edərək, İsrail Futbol Federasiyasını Sürixdə yerləşən təşkilatdan çıxarmağa çağırıb.
Qaynarinfo-nun məlumatına görə, PFA FİFA-ya rəsmi müraciətində İsrailin oktyabrın yeddisindən bəri həyata keçirdiyi hücumlar və ayrı-seçkilik, həmçinin irqçilikdən qaynaqlanan insan haqları pozuntularına qarşı lazımi addımları atmadığını əsas gətirərək, İsrail Futbol Federasiyasının FİFA üzvlüyünə xitam verilməsini istəyib. 
PFA həmçinin İsrail Futbol Assosiasiyası rəsmilərinin Qəzzadakı soyqırıma güclü dəstək nümayiş etdirən, həmçinin bəzi İsrail futbol administratorları və klublarının sosial media paylaşımlarını, o cümlədən "Makkabi Netanya" klubunun "Facebook" yazısını misal çəkib.
Bundan əlavə, PFA-nın bəyanatında "Beitar Yerusalem"in İsrailin "ən irqçi komandası" olduğunu bildirib və liqadakı digər ərəb oyunçuların ünvanına "terrorçu" deyərək təhqirlər səsləndiriblər.
Səbuhi Həsənov