Fələstin millisinin ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, yığma 2026-cı il dünya çempionatı və 2027-ci il Asiya Kubokunun seçmə mərhələsindəki bütün oyunlarını Əlcəzairdə keçirəcək. Bu barədə Əlcəzair Futbol Federasiyası məlumat yayıb. Açıqlamada İsrail-Fələstin müharibəsinə görə yaranan problemlərə görə doğma meydanda oyun keçirə bilməyəcək Fələstinin bütün matçlarını qəbul etməyə hazır olduqları bildirilib.
Həmçinin Əlcəzairin bu idman tədbirləri ilə bağlı bütün xərcləri öz üzərinə götürəcəyi qeyd edilib və 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fələstin - Avstraliya matçının Əlcəzairdə keçiriləcəyi bildirilib.
Səbuhi Həsənov