Xəbər lenti

"Fənərbağça" "Qarabağ"ın istədiyi futbolçunu heyətdən kənarlaşdırdı
İdman19:20 04.02.2020

"Fənərbağça" "Qarabağ"ın istədiyi futbolçunu heyətdən kənarlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Fənərbağça" klubu futbolçusu Alper Potuku heyətdən kənarlaşdırıb.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçinin adını mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıya daxil etməyib.
Qeyd edək ki, Alper Potukun xidmətində  son Azərbaycan çempionu "Qarabağ" da maraqlıdır. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov da futbolçu ilə danışıqlar aparıldığını təsdiqləmişdi.