Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilir.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, aralarında "Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım və "Sivasspor"un rəhbəri Mecnun Otyakmaz olan 31 şübhəli ilə bağlı qərarlar açıqlanır.
İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Yıldırım və Otyakmazla birlikdə 23 şəxsə bəraət verib.