Koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilən "Fənərbağça”nın sabiq prezidenti Əziz Yıldırımın son testinin neqativ çıxdığı və artıq evinə buraxıldığı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, onun mətbuat müşaviri Necati Mete keçmiş prezidentin səhhəti ilə bağlı açıqlama verib. O, ötən həftə Yıldırımın testinin müsbət çıxdığı və xəstəxanaya yerləşdirildiyini bildirib. Mete dünənki analizin isə müsbət nəticə göstərdyini və Yıldırımın artıq xəstəxanadan ayrıldığını da söyləyib.
Onun bu gündən etibarən iş proqramına qayıdacağı bildirilib.
Səbuhi Həsənov