XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsində
İdman00:54 27.08.2026

"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsində

Türkiyənin "Fənərbağça" klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb.

Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın "Lion" komandasını 2:1 hesabı ilə məğlub edib.

"Sarı-lacıvərdlilər"in qollarını Vedat Muriqi (24) və Arçi Braun (28) vurublar. Ev sahiblərinin heyətində isə Malik Fofana (61) fərqlənib.

İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə üstələyən "Fənərbağça" 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.