Xəbər lenti

"Fənərbağça"nın prezidenti narkotik işi ilə bağlı ifadə verməyə çağırıldı
İdman22:00 19.12.2025

"Fənərbağça"nın prezidenti narkotik işi ilə bağlı ifadə verməyə çağırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Fənərbağça" İdman Klubunun prezidenti Sadəddin Saran narkotik istintaqı çərçivəsində ifadə verməyə çağırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Xaricdə olduğu öyrənilən S.Saranın qayıtdıqdan sonra polisin müşayiəti ilə şübhəli qismində ifadəsinin alınacağı öyrənilib.
Qeyd edək ki, dekabrın 18-də Türkiyədə narkotik istifadəsi və satışında şübhəli bilinən məşhurlar saxlanılıblar. Aktrisa İrem Sak, müğənni Aleyna Tilki, məşhur influnser Danla Bilic və sosial media fenomeni Mümine Senna Yıldız tibbi prosedurlardan sonra sərbəst buraxılıblar.
Xaricdə olduqları müəyyən edilən Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində axtarış qərarı çıxarılıb.